29 İyun 2026, 19:10
FUTBOL
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Sabah" (Azərbaycan) – TNS (Uels) qarşılaşmasının biletləri artıq satışdadır.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Sabah" (Azərbaycan) – TNS (Uels) qarşılaşmasının biletləri artıq satışdadır.
Matc.az xəbər verir ki, "Sabah"ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə iticket.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, "Sabah" – TNS matçı iyulun 7-i, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.













