"Mənim fikrimcə, bu çempionat yüksək rəqabət və rəqiblərin bərabər güclərin mübarizəsi ilə fərqlənəcək"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının qrup mərhələsindən sonra turnirin aşkar favoritinin hələ bəlli olmadığını bildirib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikirlərini "RMC Sport" yayıb.

Karlo Ançelotti komandaların güclərinin bir-birinə yaxın olduğunu vurğulayıb:

"Qrup mərhələsində bəzi komandaların digərlərindən daha yaxşı nəticələr göstərməsi tamamilə təbii bir haldır. Lakin mən hələ ki, turnirin aşkar favoritinin müəyyənləşdiyini düşünmürəm. Mənim fikrimcə, bu çempionat yüksək rəqabət və rəqiblərin bərabər güclərin mübarizəsi ilə fərqlənəcək".

Qeyd edək ki, Braziliya yığması bu gün DÇ-2026-nın 1/16 final mərhələsində Yaponiya ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest