"Barselona" İngiltərə millisinin kapitanı Harri Keynin transfer imkanlarını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinin insayderi Kreyq Houp məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri mümkün keçidi müzakirə etmək üçün artıq təcrübəli hücumçunun ətrafı ilə əlaqə saxlayıblar.

Qeyd olunur ki, Keynin "Bavariya" ilə müqaviləsinin başa çatmasına cəmi 1 il qalıb. Bununla belə, futbolçu Almaniyada özünü rahat hiss edir və hazırda diqqətini Münhen klubu ilə sözləşməni yeniləməyə yönəldib.

"Barselona" rəhbərliyi isə transfer şərtləri daha əlverişli olacağı təqdirdə, dünya çempionatından sonra bu mövzuya yenidən qayıtmağa hazırdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest