29 İyun 2026, 01:26
FUTBOL
Kanada millisinin yarımmüdafiəçisi Stefan Eustaquio dünya çempionatının 1/16 final mərhələsinin CAR-la oyununun (0:1) ən yaxşısı seçilib.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Təcrübəli yarımmüdafiəçi 90+2-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
Bu nəticə ilə 1/8 finala yüksələn Kanada millisi növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.













