Çexiya millisinin baş məşqçisi Miroslav Koubek tutduğu vəzifədən istefa verib. 74 yaşlı mütəxəssisin bu qərarı komandanın turnirdəki uğursuz çıxışından sonra yerli ictimaiyyət tərəfindən kəskin tənqid edilməsi ilə bağlıdır.
Matc.az xəbər verir ki, Çexiya Futbol Assosiasiyasının rəhbəri David Trunda ilə keçirilən görüşdən sonra tərəflər əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə razılığa gəliblər. Komanda qrup mərhələsində Cənubi Koreya və Meksikaya uduzub, Cənubi Afrika Respublikası ilə heç-heçə edərək cəmi bir xalla qrup sonuncusu olub.
Bildirilir ki, təcrübəli mütəxəssis istefasına səbəb kimi yerli mətbuatda ona qarşı aparılan qərəzli kampaniyanı göstərib. Onun sözlərinə görə, yalan və uydurma məlumatlar üzərində qurulan belə bir atmosferdə milli komandadakı fəaliyyətini davam etdirmək mənasız olardı. Baş məşqçi həmçinin uzun səyahətlərin yaratdığı yorğunluğu və buraxılan sadə səhvləri dünya çempionatından erkən ayrılmağın əsas amilləri kimi qeyd edib.
Qeyd edək ki, Miroslav Koubek komandanı pley-off mərhələsində İrlandiya və Danimarka üzərində qazanılan qələbələrdən sonra dünya çempionatına çatdırmışdı. Lakin turnir zamanı komandanın ulduz hücumçusu Patrik Şiki Meksika ilə vacib oyunda ehtiyat oyunçular skamyasında saxlaması yerli mediada böyük narazılığa səbəb olmuşdu.













