"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland Madrid "Real"ına keçməkdə maraqlı deyil.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın gedişindən sonra futbolçu başqa kluba transfer variantına baxmağa hazırdır. Lakin hücumçu "Kral klubu"na keçmək istəmir, çünki orada Kilian Mbappe və Vinisius çıxış edir. Haland bu iki ulduzla eyni geyinib-soyunma otağını bölüşmək niyyətində deyil.

Ötən mövsüm Erlinq Haland bütün turnirlərdə 52 oyun keçirib, 38 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest