Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın hücumçusu Kilian Mbappe və yığmanın 2026-cı il dünya çempionatındakı favorit statusu haqqında danışıb.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun son durumunu bu sözlərlə ifadə edib:
"Kilian əla fiziki və psixoloji formadadır. O, Fransa millisi ilə böyük uğurlar qazanmaq istəyir və hələ ki, buna nail olur. Ümid edirəm ki, bu, gələcəkdə də belə davam edəcək".
Baş məşqçi turnirin əsas iddialıları barədə də fikirlərini bölüşüb: "Favorit? İspaniya da bizim kimi, eləcə də daha üç-dörd komanda kimi favoritdir. Biz indiyə qədər necə oynamışıqsa, elə də davam etməliyik. Sabahkı gün bu yolda daha bir addım olacaq".
Qeyd edək ki, qrup mərhələsinin yekununda 7 xal toplayaraq I qrupunda birinci yeri tutan Fransa 1/16 final mərhələsində İsveç yığması ilə qarşılaşacaq.













