CAR millisinin baş məşqçisi Hüqo Bros DÇ-2026-nın 1/16 finalında Kanadaya məğlub olduqları (0:1) oyunu şərh edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikirlərini BBC yayıb.
Belçikalı baş məşqçi turnirlə vidalaşmalarına baxmayaraq, yetirmələri ilə qürur duyduğunu bildirib:
"Bir neçə gün əvvəl olduğu kimi, mən yenə də komandamla qürur duyuram. Mənim fikrimcə, yaxşı bir dünya çempionatı keçirdik. Lakin bu gün belə sürətli və güclü komandaya qarşı daim təqib edən tərəf olmaq məcburiyyətində qaldıq. Bundan dərs çıxarmağı öyrənməliyik. Məhz bu səbəbdən komandanın burada çıxış etməsi çox vacib idi. Bizim üçün əsas hədəf dünya çempionatlarına müntəzəm olaraq vəsiqə qazanmaqdır. Əminəm ki, komandamız yaxın aylarda daha da güclənəcək. Çünki bu gün bizdən bir addım öndə olan rəqiblə qarşılaşdıq. Pis oynamadıq və daha artığını nümayiş etdirə bilərdik".
Qeyd edək ki, qarşılaşmada yeganə qolu 90+2-ci dəqiqədə Stefan Eustaquio vurub. Bu qələbə ilə 1/8 finala yüksələn Kanada növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq. CAR isə turnirdəki çıxışını başa vurub.













