29 İyun 2026, 17:26
FUTBOL
Bölgə klubu Fil Dişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə "1+1" illik müqavilə bağlayıb.
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bölgə klubu Fil Dişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə "1+1" illik müqavilə bağlayıb.
27 yaşlı futbolçu son olaraq Maltanın "Floriana" klubunda çıxış edib.
O, buna qədər "Vesterlo" (Belçika), "UTA Arad" (Rumıniya), "Hapoel Hadera", "Hapoel Rişon LeZion" (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.













