Futbol üzrə İsveçrə milli komandasının qapıçısı Yann Zommer tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında nail olub.
 
61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
 
Yann Zommer 2020-ci ilin noyabrından indiyədək 5 penaltinin qolla nəticələnməsinə icazə verməyib.
 
Zommer 2014-cü ildən Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun uğurları üçün çalışır. O, İsveçrə yığmasında 76 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest