29 İyun 2025, 19:08
FUTBOL
"Roma" UEFA-dan transfer qadağası almaq təhlükəsi ilə üzləşib.
Matc.az xəbər verir ki, bu barədə "Calcio e Finanza" məlumat yayıb.
Növbəti maliyyə ili iyunun 30-da başa çatır. Cəzadan yayınmaq üçün romalılar həmin vaxta qədər 13 milyon avro xalis mənfəət tapmalıdırlar.
Klub rəhbərliyi bu problemi həll edə bilməsə, o zaman İtaliya klubu transfer qadağası və hətta 2025/26 Avropa Liqasından kənarda qalmaq kimi ciddi cəzalarla üzləşə bilər.
Lazım olan 13 milyonu əldə etmək üçün "Roma" təcili olaraq bu məbləğə futbolçu satmalıdır. Ən çox ehtimal olunan variantlar "Boka Xuniors"a qayıtmağa yaxın olan yarımmüdafiəçi Leandro Paredes və Səudiyyə Ərəbistanından "Əl-Hilal"ın 20 milyon təklif etdiyi müdafiəçi Anjelinyodur.