"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç La Liqada çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Sevilya" xorvatiyalı qolkiperi transfer etmək istəyir. Livakoviç özü də "Fənərbaxça"dan ayrılmaq niyyətindədir. 

Qeyd edək ki, "Fənərbaxça" Dominik Lovakoviçi 2023-cü ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü olan 30 yaşlı qapıçı İstanbul təmsilçisinin heyətində 70 oyunda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest