30 İyun 2025, 15:33
FUTBOL
Türkiyə Futbol Federasiyası A milli komandanın baş məşqçisi Vinçentso Montellanın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin gələn ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 il uzadılıb.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə yığmasının baş məşqçisi postuna təyin olunub.