"Qalatasaray" Yunus Akgünün müqaviləsinin müddətini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə "Haber Türk" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi türk vingerlə 4 illik sözləşmə barədə razılıq əldə edib. 24 yaşlı oyunçu illik 2,8 milyon avro maaş alacaq.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü ötən mövsüm "sarı-qırmızılar"ın heyətində keçirdiyi 44 oyunda 12 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest