“Neftçi” PFK Emil Balayevlə yeni müqavilə bağlayıb.

Matc.az xəbər verir ki, anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayından paytaxt klubunda çıxış edir. O, milli komandanın heyətində 14 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest