"Sevilya" yarımmüdafiəçi Saul Niqes və müdafiəçi Albert Sambi Lokonqa ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hər iki futbolçunun icarə müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, ötən mövdüm "Atletiko"dan icarəyə götürülmüş Niqes 26 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. "Arsenal"dan gələn Sambi Lokonqa isə 23 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest