Klublararası dünya çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir.

Matc.az xəbə verir ki, 1/4 finala vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

PSJ "İnter Mayami"ni 4 cavabsız qolla məğlub edərək növbəti mərhələyə yüksəlib. "Bavariya" isə "Flamenqo"nu mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.

KDÇ-2025
1/8 final
29 iyun

PSJ (Fransa) – "İnter Mayami" (ABŞ) - 4:0
Qollar:
Neves, 6, 39, Aviles, 44 (aq), Hakimi, 45+3

"Flamenqo" (Braziliya) – "Bavariya" (Almaniya) - 2:4
Qollar: Gerson, 33, Jorginyo, 54 (pen) // Pulqar, 6 (aq), Keyn, 10, 73, Qoretska, 41,

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest