30 İyun 2025, 15:16
FUTBOL
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sloveniya təmsilçisi Jan-Lyuk Leban ilə anlaşıb.
22 yaşlı sloveniyalı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah" "Çelye"yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.