PSV-nin futbolçusu Malik Tillman Almaniyaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano  məlumat yayıb.

"Bayer" amerikalı hücumameyilli yarımmüdafiəçini transfer etməyə yaxındır. Leverkuzen klubu 23 yaşlı oyunçu üçün qarşı tərəfə 40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, PSV Malik Tillmanı 2023-cü ilin yayında "Bavariya"dan transfer edib. ABŞ millisinin üzvü ötən mövsüm Eyndhoven təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 16 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest