"Liverpul" futbolçusu Trey Nioninin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-20 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Liverpul" Trey Nionini 2023-cü ildə "Lester Siti" akademiyasından transfer edib. 18 yaşlı yarımmüdafiəçi ötən mövsüm İngiltərə çempionunun heyətində 5 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest