"Əl-Xolud" "Beşiktaş"dan icarəyə götürdüyü Cekson Muleka ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi konqolu hücumçunun transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Ərəblər Konqo millisinin üzvü üçün "Beşiktaş"a 1,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Cekson Muleka ötən mövsüm "Əl-Xolud"da çıxış edib. 25 yaşlı forvard komandanın heyətində keçirdiyi 30 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest