30 İyun 2025, 21:48
MPL
"Birinci matçımız olduğunu nəzərə alsaq, futbolçularımızdan razı qaldıq. Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi".
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, mütəxəssis 0:4 hesabıyla bitən görüşü belə şərh edib:
“İlk yoxlama oyunumuz idi. Birinci matçımız olduğunu nəzərə alsaq, futbolçularımızdan razı qaldıq. Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi. Hazırda əsas məqsədimiz qarşıdakı Türkiyə toplanışında keçirəcəyimiz oyunlarda daha yaxşı çıxış edib, formamızı yüksəltmək və ideal vəziyyətdə olmaqdı”.