30 İyun 2025, 16:27
FUTBOL
"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını Niderlandda davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
"Utrext" 19 yaşlı forvardı 11 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək istəyir. Türkiyə klubu bu təklifə isti yanaşır.
Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.