26 İyun 2025, 13:13
MPL
“Sabah” FK qapıçı Stas Pokatilovla yeni müqavilə bağlayıb.
Matc.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.
Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.