"Atletiko" Sezar Aspilikueta ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Sezar Aspilikueta 2023-cü ilin yayından "Atletiko"da çıxış edirdi. İspaniya millisinin sabiq üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest