"Göztepe" "Novi Pazar"ın müdafiəçisini transfer etmək istəyir.

"Araz-Naxçıvan"ın sabiq futbolçusu Numan Kurdiç Türkiyədə çıxış edə bilər.

Matc.az xəbər verir ki, "Göztepe" "Novi Pazar"ın müdafiəçisini transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İzmir təmsilçisinin baş məşqçisi Stanimir Stoilov bosniya və herseqovinalı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. 25 yaşlı oyunçu özü "Göztepe"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, Numan Kurdiç 2023/2024 mövsümündə "Araz-Naxçıvan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest