29 İyun 2025, 23:40
FUTBOL
Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "İmişli" 6 futbolçu ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarovla başa çatan müqavilə müddəti artırılmayıb.
Qeyd edək ki, "İmişli" daha öncə Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla da yollarını ayırmışdı.