"Barselona" klubunda dünən istefaya göndərilən baş məşqçi Ronald Kumanın alacağı təzminatın məbləği məlum olub. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün ona 12 milyon avro təzminat ödəyəcək. Bu barədə İspaniyanın "El Pais" nəşri məlumat yayıb.
 
Kuman La Liqanın 11-ci turunda "Rayo Valyekano"ya məğlubiyyətdən (0:1) sonra istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest