“Çelye” ilə keçirdiyimiz iki oyun bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı”
Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaq. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik. Amma komandam özünə inanır.
"Qarabağ"ı avrokuboklarda hər il görürük. "Neftçi" haqda məlumatım var. Azərbaycan klublarının səviyyəsi getdikcə artır. 15-20 il əvvəllə müqayisədə keyfiyyətli legionerlər transfer edilir. "Araz-Naxçıvan"ın özündə kifayət qədər əcnəbi oyunçu var. Bu da onu göstərir ki, klublar yerlərində dayanmır, inkişaf edirlər, daha yaxşı nəticələr əldə etməyə çalışırlar"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.