"Liverpul" İngiltərə Premyer Liqasının 12-ci turunda evdə "Nottinqem Forest"ə 0:3 hesabı ilə məğlub olub. Mersisaydlılar bununla da İngiltərə çempionatında 60 illik antirekorda imza atıblar.

Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" statistika portal məlumat yayıb.

Bildirilir ki, "Liverpul" 1965-ci ildə Bill Şenklinin "qırmızılar"ı çalışdırdığı vaxtdan bəri ilk dəfə İngiltərə çempionatında ardıcıl iki böyükhesablı məğlubiyyətə uğrayıb (üç və ya daha çox qol buraxıb).

Xatırladaq ki, Arne Slotun komandası Premyer Liqanın 11-ci turunda səfərdə "Mançester Siti"yə eyni hesabla məğlub olub. "Liverpul" hazırda turnir cədvəlində 18 xalla 11-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest