"Fənərbaxça" "Hoffenhaym"ın hücumçusu Fisnik Asllanini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Kosovan Football" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 23 yaşlı forvardı yayda heyətinə qatmağa çalışacaq. Lakin bu, o qədər də asan görünmür. Asllani ilə "Çelsi" də yaxından maraqlanır.

Kosovo millisinin üzvünün Almaniya klubu ilə müqaviləsində 30 milyon avroluq satınalma bəndi yer alıb.

Qeyd edək ki, Fisnik Asllani bu mövsüm "Hoffenhaym"ın heyətində keçirdiyi 26 oyunda 9 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest