10 Mart 2026, 13:36
FUTBOL
"Real" gələcək üçün yeni baş məşqçi axtarışını davam etdirir.
Matc.az xəbər verir ki, "kral klubu" bu vəzifə üçün bir neçə namizədi nəzərdən keçirir.
Mənbələrin məlumatına görə, əsas namizədlərdən biri hazırda ABŞ millisini çalışdıran Maurisio Poçettinodur. Argentinalı mütəxəssis klubun prezidenti Florentino Peres tərəfindən yüksək qiymətləndirilir.
Madrid klubunun rəhbərliyi Poçettinonu komandanın hazırkı baş məşqçisinin mümkün əvəzləyicilərindən biri kimi prioritet namizədlər siyahısına daxil edib. Məşqçilər heyətinin gələcəyi ilə bağlı yekun qərarın mövsüm başa çatdıqdan sonra veriləcək.












