23 Noyabr 2025, 13:00
FUTBOL
Ander Barrentexa "Osasuna" – "Real Sociedad" (1:3) oyununda "Puşkaş mükafatı"na namizəd göstəriləcək qola imza atıb.
Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu meydana 60-cı dəqiqədə daxil olsa da, mükəmməl qol vurmağa nail olub.
82-ci dəqiqədə Barrentexa rəqibin qolkiperi Serxio Herreranın qapısından çox uzaqda olduğunu görüb meydanın demək olar ki, mərkəzindən - təxminən 50 metrdən dəqiq zərbə endirib.












