"Təəssüflər olsun ki, qələbə qazana bilmədik".
"Turan Tovuz" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.
- Hakimlikdən razı qaldız?
- Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı sual verirsiz. Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?
- Komandanın ikinci pillədə olması sizi razı salır?
- Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik.












