"Borussiya"nın yarımmüdafiəçisi Yulian Brandt mövsüm başa çatdıqdan sonra klubunu dəyişə və karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

29 yarımmüdafiəçi ilə "Aston Villa" və "Nyukasl" maraqlanır. İngiltərə klubları futbolçunu azad agent statusunda transfer etmək imkanını nəzərdən keçirirlər.

Bu ssenarinin yaranmasına səbəb Brandt ilə Dortmund klubunun rəhbərliyi arasında müqavilənin uzadılması ilə bağlı aparılan danışıqların uğursuz nəticələnməsi olub. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilməyiblər.

Bununla yanaşı, almaniyalı yarımmüdafiəçi ilə "İnter" də maraqlanır. Milan klubu futbolçunun ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest