Konqo Respublikası Futbol Federasiyasının prezidenti Jan-Qi Blez Mayolas maliyyə cinayətləri ilə bağlı iş üzrə məhkəmənin qərarından sonra ömürlük həbs cəzasına məhkum edilib.

Matc.az xəbər verir ki, funksioner çirkli pulların yuyulması, saxta sənədlərin hazırlanması və istifadəsi, qanunsuz faiz əldə etmə və FIFA tərəfindən COVID‑19 pandemiyası zamanı ayrılmış vəsaitlərin mənimsənilməsi maddələri üzrə təqsirli bilinib.

İstintaq müəyyən edib ki, qadın futbolunun inkişafı və məşq mərkəzinin tikintisi üçün nəzərdə tutulan vəsaitin bir hissəsi mənimsənilib. Daha əvvəl Mayolas həmçinin FIFA fondlarından təxminən 1,3 milyon dolların mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin içində qadınlardan ibarət milli komanda üçün ayrılmış təxminən 500 min dollar da var idi.

Funksioner 2025-ci ilin may ayının sonunda ölkənin Daxili İşlər Nazirliyinə tabe olan Mərkəzi Kəşfiyyat və Sənədləşdirmə İdarəsinin (CID) əməkdaşları tərəfindən saxlanılıb. Onunla birlikdə federasiyanın baş katibi Badji Mombo Vantete də həbs edilib.

İş üzrə hər iki şəxs irəli sürülən ittihamları rədd edərək, bunu özlərinə qarşı qurulmuş plan adlandırıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest