Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

"Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşmada hesab açıqlmayıb.

"Araz-Naxçıvan" isə səfərdə "Qarabağ"ın qonağı olub. Görüş Ağdam klubunun 6 cavabsız qolu ilə nəticələnib.

Misli Premyer Liqası
XXIII tur 
9 mart (bazar)

18:30. "Zirə" – "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
 
20:30. "Neftçi" – "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Palms Sports Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest