"Napoli"nin futbolçuları Amir Rrahmani və Rasmus Hoyland zədələnib.

İtaliya A Seriyasının 12-ci turunda "Napoli" evdə "Atalanta"nı 3:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Antonio Kontenin komandası bu qarşılaşmada iki ciddi itki ilə üzləşib.

Müdafiəçi Amir Rrahmani 64-cü dəqiqəsində zədələnərək əvəzlənib. On dəqiqə sonra isə Rasmus Hoyland meydanı tərk edib. Danimarkalının sağ budunda problem yaranıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" səfərdə "Napoli" ilə qarşışacaq. Görüş noyabrın 25-də, saat 00:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest