"Real"ın baş məşqçisi Xabi Alonso Madrid klubunun qolsuz seriyası haqqında şərh verdi.

"Real"ın son iki oyunda ("Liverpul"a qarşı 0:4 və "Rayo Valyekano"ya qarşı 0:0) qol vura bilməyib.

Matc.az xəbər verir ki, Xabi Alonso Madrid klubunun qolsuz seriyası haqqında açıqlama verib.

"Vəziyyəti təhlil etdik. Qol vura bilməməyimiz Kilian Mbappenin deyil, bütün komandanın problemidir. Alternativlər tapmalı və standart zərbələr üzərində işləməliyik. Şübhəsiz ki, qollar vurulacaq", - deyə Alonso bildirib.

Qeyd edək ki, "Real" La Liqanın 13-cu turunda sabah səfərdə "Elçe" ilə qarşılaşacaq. Madrid klubu 31 xalla turnir cədvəlinin zirvəsində yer alıb. "Barselona" isə 28 xalla ikinci sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest