"Mançester Yunayted"in hücumçusu Mateus Kunya məşqdə zədələnib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, o, Premyer Liqanın 12-ci turunda "Everton"a qarşı oyunu buraxa bilər. lakin əlavə detallar hələlik məlum deyil.

Kunya bu mövsüm bütün yarışlarda 11 oyun keçirib və bir qol vurub. Braziliyalı futbolçu ötən yay "Vulverhempton"dan Mançester klubuna 75 milyon avroya keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest