"Liverpul"un hücumçusu Aleksandr İsak 34000 avro dəyərində doberman cinsindən olan mühafizəçi it alıb.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, heyvanın alınması 24 yaşlı futbolçunun İsveç milli komandasındakı çıxışlarından sonra aldığı ölüm təhdidləri ilə əlaqələndirilir. Təhdidlər milli komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazanmasında zəif çıxışından sonra edilib. Bu, idmançının şəxsi təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Qeyd olunur ki, İngiltərə Premyer Liqası futbolçuları arasında şəxsi əmlaklarını qorumaq üçün itlər əldə etmək tendensiyası artmaqdadır. Bu, Böyük Britaniyadakı məşhurların evlərinə edilən bir sıra soyğunçuluq və quldurluq hadisələrindən sonra baş verib.
İsak bu mövsüm həm klubunda, həm də milli komandada ümumilikdə 12 oyunda meydana çıxıb. Bu müddət ərzində hücumçu 1 qol vurub.












