10 Mart 2026, 21:56
FUTBOL
Dünya çempionatı öncəsi Braziliya milli komandası növbəti itki ilə üzləşib.
Matc.az xəbər verir ki, "Monako"nun müdafiəçisi Vanderson sıradan çıxıb.
24 yaşlı sağ cinah müdafiəçisi bud əzələsindən əməliyyat olunub. Onun 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə futbolçunun dünya çempionatında iştirak etməyəcəyi deməkdir.
Qeyd edək ki, Braziliya millisinin "Real"da çıxış edən üzvü Rodriqo da DÇ-2026-da forma geyinə bilməyəcək.












