22 Noyabr 2025, 23:28
FUTBOL
Türkiyə Superliqasında 13-cü tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Lider "Qalatasaray" doğma meydanda "Gənçlərbirliyi"ni məğlub edib – 3:2. "Qaziantep" səfərdə "Kayserispor"a 3 cavabsız qolla qalib gəlib. "Eyüpspor" – "Qaragümrük" matçında isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Türkiyə Superliqası
13-cü tur
22 noyabr
"Kayserispor" – "Qaziantep" - 0:3
Qollar: Maksim, 39 (pen), Bayo, 45, 64
"Eyüpspor" – "Qaragümrük" - 1:1
Qollar: Akbaba, 66 // Kranevitter, 90
"Qalatasaray" – "Gənçlərbirliyi" - 3:2
Qollar: İkardi, 55, Yılmaz, 57, Gündoğan, 66 // Nianq, 22, Mimaroğlu, 77
Qırmızı vərəqələr: Sallai, 90+4 // DA Silva, 60












