Türkiyənin "Qalatasaray" klubu növbəti ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, "sarı-qırmızılılar"ın müdafiəçisi Vilfred Sinqo zədələnib.
Sinqo Türkiyə Superliqanın 13-cü turunun "Gənclərbirliyi" ilə qarşılaşmasında (3:2) xəsarət alaraq əvəzlənib.
Onun 4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Müdafiəçi Superliqanın növbəti turunda "Fənərbaxça" ilə səfər matçını buraxacaq.
Hazırda "Qalatasaray" 10 futbolçusunun xidmətindən məhrumdur. Belə ki, Viktor Osimhen, Vilfred Sinqo, Mario Lemina, Kaan Ayhan, Berkan Kutlu, Yunus Akgün və İsmail Yakobs zədəlidirlər. Metehan Baltacı və Eren Elmalı TFF tərəfindən mərc oyunlarına görə cəzalandırılıb. Roland Sallainin isə qırmız vərəqəsi var.
Qeyd edək ki, Superliqanın 14-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" derbisi dekabrın 1-də baş tutacaq.












