"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik müdafiəçi Erik Qarsiya ilə bağlı açıqlama verib.
Matc,az xəbər verir ki, Flik Qarsiya ilə müqavilənin uzadılması üçün danışıqlar aparıldığını açıqladı.
"Məşqçi üçün Erik kimi bir oyunçunun olması əladır. Bizdə De Yonq yox idi və bilirdik ki, Erik düzgün seçim olacaq.
Biz müqavilə üzərində işləyirik və hər şey hazır olduqda bu barədə danışacağıq. Hər kəs Erikin xeyli inkişaf etdiyini görə bilər. O, istənilən mövqedə özünəinamlıdır və yüksək səviyyəli oyun nümayiş etdirir", - Flik deyib.
"Barselona" akademiyasının yetirməsi olan Qarsiya 2017-ci ildən 2021-ci ilə qədər "Mançester Siti"də oynayıb və 2023/24 mövsümünü icarə əsasında "Jirona"da keçirib.
Qeyd edək ki, bu mövsüm Erik Hans-Dieter Flikin rəhbərliyi altında 17 oyun keçirib və bir qol vurub.












