"Mançester Siti" Riko Lyuisi uzun müddət komandada saxlayacaq.

Matc.az xəbər verir ki, "şəhərlilər" ingiltərəli sağ cinah müdafiəçisinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Artıq Lyuislə razılıq əldə olunub. 20 yaşlı futbolçu ilə 2030-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.

Qeyd edək ki, Riko Lyuis "Mançester Siti"nin yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 2 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest