"Nottingem Forest" "Yuventus"un yarımmüdafiəçisi Duqlas Luisi transfer edəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Nottingem Forest" braziliyalı futbolçu üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Yuventus" Duqlas Luisi ötən ilin yayında "Aston Villa"dan 51 milyon avroya transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest