"Rəqibin bizi təəccübləndirdiyini düşünmürəm. Yarımmüdafiədə çox inamlı idilər. Baş verənləri təhlil etməliyik"

"Ferentsvaroş"un hücumçusu Barnabas Varqa UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk matçından sonra yerli mətbuata açıqlama verib.

Matc.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olduqları oyunda komandasının yeganə qolunu vuran 30 yaşlı forvard hələ cütün taleyinin həll olunmadığını düşünür:

"İndi nəsə demək çətindir. İki top fərqi ilə məğlubiyyətə görə məyus olduq. Amma təslim olmayacağıq. İkinci matçda daha yaxşı oynamalıyıq. Düşünürəm ki, ilk hissədə rəqibimizdən üstün deyildik. Cavab oyununda Çempionlar Liqasının Liqa mərhələsində yerimiz olduğunu göstərməliyik. Rəqibin bizi təəccübləndirdiyini düşüünmürəm. Yarımmüdafiədə çox inamlı idilər. Baş verənləri təhlil etməliyik. Hələ bir matç var. İki qolluq fərq dünyanın sonu deyil”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest