20 Avqust 2025, 15:12
FUTBOL
"Arsenal"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Kay Haverts sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Almaniyalı futbolçu dizindən zədələnib. 26 yaşlı forvardın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
"Arsenal" artıq Havertsi əvəz etmək üçün hücumçu axtarışlarına başlayıb.