AFFA prezidenti Rövşən Nəcəf Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"u üstələyən "Qarabağ"ı təbrik edib.

Matc.az xəbər verir ki, federasiya rəhbəri sosial şəbəkə hesabında təbrik paylaşıb:

"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ".

Qeyd edək ki, "Qarabağ"ın "Ferentsvaroş"la cavab oyunu iyulun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest